BAKI, 14 oktyabr. TELEQRAF
Bu gün “LİBRAF” kitab mağazasında yazıçı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə yazıçının “Qara paltarlı qadın” əsəri əsasında mini-tamaşa səhnələşdirilib.
Teleqraf xəbər verir ki, tədbirdə yazıçının həyat yoldaşı, Maqsud İbrahimbəyov mərkəzinin direktoru Anna İbrahimbəyova, kinoşünas Ayaz Salayev və digər qonaqlar çıxış ediblər.
Daha sonra quruluşçu rejissoru Tural Vaqifoğlu olan mini-tamaşa nümayiş olunub. Rollarda əməkdar artist Elşən Rüstəmov və aktrisa Günəş Mehdizadə çıxış ediblər.
Tədbir çərçivəsində yazıçının əsərlərinə dair viktorina da keçirilib. Qaliblərə yazıçın kitabları hədiyyə edilib.
