BAKI, 6 oktaybr. TELEQRAF
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov süni tənəffüs aparatına qoşulub.
Bu barədə Teleqraf-a Əməkdar artistin oğlu Yaşar Muradov məlumat verib.
O, qeyd edib ki, atası iki gündür Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib: "Atam süni tənəffüs aparatına qoşulub. Həkimlər onu iynə ilə yatızdırırlar, çünki ayıq olduqda boğulma halları olur".
Qeyd edək ki, Yadigar Muradov qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir.