BAKI, 30 sentyabr. TELEQRAF
Cabir İmanov vətənini dərindən sevən bir insan idi. Torpaqlarımız azad olunanda o, böyük bir sevinc yaşamış, Qarabağla, Şuşa ilə bağlı arzularını həvəs və fərəhlə dilə gətirmişdi.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
"Cabir İmanovun bəstələdiyi musiqilər var idi, onları muğamla sintez edib Qarabağ haqqında xüsusi bir əsər yaratmaq istəyirdi. Bu haqda mənimlə məsləhətləşdi və cavab verdim ki, böyük məmnuniyyətlə edək və həyata keçirərik. Təəssüf ki, qismət olmadı. Allahın hökmü belə imiş", - deyə M.İbrahimov deyib.

***
12:18
"Sonuncu dəfə Cabir İmanovla konsertlərində iştirak edəndə görüşmüşdüm".
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında aktrisa Kübra Əliyeva Əməkdar artist Cabir İmanov haqqında danışarkən deyib.
"Sosial şəbəkələrdə elə videoları var ki, adam baxanda sümüyünə işləyir. Sanki bu günü bilirmiş. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. Çox qəribədir, bu, Allahın yazısıdır. Nə deyə bilərik ki... Ailəsinə və bütün xalqımıza başsağlığı verirəm. Allah səbr versin", - deyə Kübra Əliyeva əlavə edib.
