BAKI, 19 avqust. TELEQRAF
Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunmuş "Hökumə - kədərim mənim" adlı sənədli film dekabrda təqdim olunacaq.
Bu barədə Teleqraf-a filmin rejissoru Əməkdar incəsənət xadimi Ziya Şıxlinski məlumat verib.
O bildirib ki, filmin çəkilişləri yekunlaşıb: "Film hazırdır. Amma təqdimat mərasimi dekabrın 2-də keçiriləcək".
Qeyd edək ki, filmin təqdimatı avqustun sonuna təyin edilmişdi.
Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, rejissoru Ziya Şıxlinski, operatoru Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyev, koordinatoru Əli İsa Cabbarovdur.