BAKI, 13 avqust. TELEQRAF

Əməkdar artist Elza Seyidcahan tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Roza Zərgərli prosesin nəticələrindən danışıb.

Məhkəmədə bəraət alan müğənni Roza Zərgərli Teleqraf-a açıqlamasında bildirib ki, haqsız olaraq məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması nəticəsində ona dəymiş zərərin ödənilməsi hüququ olsa da, bu üsula əl atmayacaq:

“Ümumiyyətlə, bu haqda danışmaq və şərh vermək istəmirəm. Həyat çox qısadır, bu gündən sabaha etibar yoxdur. Mən məhkəmə prosesində belə düşünürdüm ki, qadınlar dalaşmamalıdır. Bu, mənim şəxsi fikrimdir. Üstəlik, mən heç kimlə dalaşmamışam. Prosesi birinci başlayan Elza Seyidcahan olub".

Müğənni onu da bildirib ki, məhkəmənin yekun iclasında Elza Seyidcahan özü iştirak etməyib: "Onu vəkili təmsil edirdi. Mən isə hər prosesdə iştirak etmişəm”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanın müğənni Roza Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verdiyi barədə ilk xəbəri Qafqazinfo.az yayıb.

Müğənni şikayət ərizəsində Rozanın ona qarşı nalayiq ifadələr işlədərək təhqir etdiyini bildirib.

Yutub platformasında Roza Zərgərli deyib: “Bağışla, Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır.

Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeriyyata soxa bilərsən. İfaçı kimi zay....” .

Elza Seyidcahan məhkəmədən “təlxək”, “dəli”, “zay” sözlərinə görə həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.