BAKI, 10 iyul. TELEQRAF
Azərbaycan və Özbəkistan Respublikalarının xalq artisti Gülyanaq Məmmədova Türk dünyası mədəniyyətinin təbliğində göstərdiyi misilsiz fəaliyyətinə görə Türk Dünyası Birləşmiş Ziyalıları Təşkilatı (BZT) - Turan Akademiyasının "Fəxri doktoru" adına layiq görülüb.
Bu barədə Teleqraf-a Xalq artisti məlumat verib.
Qeyd edək ki, təşkilat 2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar akademik tərəfindən təsis edilərək beynəlxalq konqreslər, simpoziumlar, təlimlər və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoyub.
İndiyədək 27 fərqli ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edən Akademiya “Dildə, fikirdə, əməldə birlik” ideyasını əsas hədəf kimi qəbul edərək türk dünyasının alimlərini ortaq tarix, dil və mədəniyyət dəyərləri ətrafında birləşdirməyə, elmi əməkdaşlığı gücləndirməyə xidmət edir.