BAKI, 23 iyun. TELEQRAF

"Qardaşım bu gün də xəstəxananın reanimasiya şöbəsində qalacaq. Ümumilikdə səhhəti yaxşıdır, inşallah sona qədər yaxşı olar".

Bunu Teleqraf-a aktyor Vüsal Murtuzəliyevin bacısı, Əməkdar artist Dilarə Əliyeva deyib.

Onun sözlərinə görə, son 72 saat və bir həftə Vüsal Murtuzəliyevin səhhəti üçün çox önəmlidir:

"Sabah palataya köçürüldükdən sonra da həkimlərin güclü nəzarətində olacaq. Dua edirik ki, bu mərhələni yaxşı keçsin".

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdi. Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətiriblər. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.