BAKI, 21 iyun. TELEQRAF
Aktyor Vüsal Murtuzəliyevə anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.
Bu barədə Teleqraf-a aktyorun bacısı Əməkdar artist Dilarə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, xəstəliyin hazırkı dövrü əməliyyat qədər ciddi və risklidir: "Hələlik reanimasiyada həkim nəzarəti altındadır ki, xəstəlik başqa problem yaratmasın".
Dilarə Əliyeva qeyd edib ki, qardaşını ötən gün həkim briqadası ilə Diaqnostika Mərkəzinə gətiriblər və əməliyyat orada həyata keçirilib.
"Hazırda qardaşım ciddi həkim nəzarəti altındadır. İnşallah, təkrar əməliyyata ehtiyac qalmaz", - D.Əliyeva əlavə edib.
Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdi.
Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.