BAKI, 30 may. TELEQRAF

"Həyat yoldaşımın müalicəsi davam edir. İki həftədir "Bilgəh" Kordioloji Sanatoriyasındadır. On beş gün də orada qalmalıdır".

Bunu Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva deyib.

Onun sözlərinə görə, Xalq artisti hazırda özünü nisbətən yaxşı hiss edir: "Əvvəl vəziyyəti yaxşı deyildi”.

Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.