BAKI, 15 may. TELEQRAF

Əməkdar artist Vahid Əliyev həftəsonu xəstəxanadan evə buraxılacaq.

Bu barədə Teleqraf-a bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyevin oğlu Ramil Əliyev məlumat verib.

“Hazırda atamın xəstəxanada müalicəsi davam edir. Ürəklə bağlı problem aradan qalxıb, amma ağ ciyərlə bağlı müalicə davam edir. İndi özünü yaxşı hiss edir”, - R.Əliyev deyib.

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub. Onun 73 yaşı var.