BAKI, 15 may. TELEQRAF

"Müalicəm ev şəraitində davam edir".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Arif Babayev deyib.

O bildirib ki, hazırda səhhəti normaldır.

Xalq artisti onun vəziyyəti ilə maraqlanan dostlarına təşəkkür edib: "Sənət dostlarım sağ olsunlar, məni yalqız buraxmırlar".

Qeyd edək ki, A.Babayev bir neçə gün öncə Mərkəzi Klinikaya yerləşdirilmişdi. Onun 87 yaşı var.