BAKI, 28 aprel. TELEQRAF
“Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirirəm”.
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
O bildirib ki, qolu xəstəxanada rentgen müayinəsi olunub.
"Hazırda müalicə alıram. Qolum gipsdədir”, - sənətçi söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasında müalicə alıb.
Xatırladaq ki, Fatma Yaqub qızı Mahmudova 1954-cü il dekabrın 30-da Ağdamda anadan olub.