BAKI, 23 aprel. TELEQRAF

“Bakıda "Türk Dünyası" adlı rəsm qalereyasının açılış mərasimi olacaq”.

Bunu Teleqraf-a Xalq rəssamı, professor Sakit Məmmədov deyib.

“Açılış mərasimi aprelin 26-da Zirə qəsəbəsində təşkil olunacaq. Açılış mərasimində azərbaycanlı rəssamlarının 75-ə yaxın əsəri nümayiş etdiriləcək. Sərgidə mənim beş rəsm əsərim tamaşaçıların ixtiyarına veriləcək”, - deyə S.Məmmədov deyib.

Qeyd edək ki, tanınmış rəssam Sakit Məmmədov UNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Vatikan Heraldika Akademiyasının qrafı, bundan əlavə, Dünya İncəsənət Akademiyasının və "Türk Dünyası" Akademiyasının həqiqi üzvüdür.