
BAKI, 15 aprel. TELEQRAF
Əməkdar artist Firuzə İbadova səhhətindən danışıb.
Müğənni Firuzə İbadova Teleqraf-a açıqlamasında bu sözləri deyib: "Evin yaxınlığında üzü üstə yıxıldım. Qəbir ziyarətindən gəlirdim, evə çatanda həyətdə sanki məni kimsə yerə atdı. Səkinin üzərində yıxıldım. Sağ əlimin baş barmağı sındı. Sol ayağım isə əzildi. Əlim sarğıdadır. Müalicəm davam edir".
Qeyd edək ki, Firuzə İbadovanın 71 yaşı var.