
BAKI, 14 mart. TELEQRAF
"Beynəlxalq təşkilatların məlumatlarına əsasən münaqişələr zamanı tarixi irsə təhdidlər yaranır, bunlardan ən vacibi mina təhlükəsidir".
Teleqraf xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Bu təhdidlər bərpa olunma prosesinə maneə olur. Ağdam şəhərində mina təhlükəsiylə bağlı konfrans keçirmişik.
Bütün maraqlı tərəfləri bizə qoşulmağa çağırırıq”, - o vurğulayıb.