
BAKI, 14 mart. TELEQRAF
"60 faiz abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyib".
Teleqraf xəbər verir ki, bunu “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti Saad Xan deyib.
“Dünya mədəni irs abidələrin 60 faizi qədim insan məskənləridir. Üzv dövlətlərdən doqquzunun abidələri siyahıda yoxdur. Biz üzv dövlətlərə tarixi abidələrin qeydiyyata alınması üçün köməklik göstəririk. Abidələrin siyahıya daxil edilməsinə çalışmalıyıq.
Məqsədimiz təhlükə altında olan abidələrin siyahısının hazırlanmasıdır”, - o qeyd edib.