BAKI, 14 mart. TELEQRAF

Artıq iki ildir ki, Milli Elmlər Akademiyası və Mədəniyyət Nazirliyi Qarabağın bütün ərazilərində olduğu kimi Azıx mağarasında da həm ölkə alimləri, həm də beynəlxalq elm nümayəndələri ilə birgə qazıntılarda bərabər müşahidə aparırlar.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli "Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"O bildirib ki, Azıx mağarası özündə bir neçə mədəniyyəti əks etdirir. Orada bütün prosesləri öyrənmək mümkündür. Erməni vandalları Azıx marağasını dağıntıya məruz qoyub. Akademiya olaraq qədim insan məskənlərini vahid plotformada öyrənmək, elmin yeni üfuqlərini aşmaq məqsədindəyik”,- İ.Həbibbəyli qeyd edib.