BAKI, 11 mart, TELEQRAF

"Atam altı gündür ki, komaya düşüb. Vəziyyəti ağır olaraq qalır"

Bu sözləri Teleqraf-a Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

Qeyd edək ki, xalq artisti yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.