
BAKI, 10 mart. TELEQRAF
"Milli dublyaj sənayesinin inkişafı layihəsini təqdim edirik".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşı Turan Məmmədli Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı panel müzakirəsi zamanı deyib.
"Dublyaj sahəsinin dünya bazarında illik həcmi 5 milyard dollardır. Ölkəmizdə vəziyyət fərqlidir. İllik həcm 700 min dollardır. Bu isə dublyaj sənayesinin keyfiyyətinə təsir göstərir. Dövlət dilinin qorunması, dublyaj sənayesinin inkişafı, izləyici auditoriyasının genişləndirilməsi məqsədlərimiz arasındadadır", - Turan Məmmədli bildirib.