
BAKI, 5 mart. TELEQRAF
“Atam üçüncü dəfə, on gün əvvəl evdə insult keçirib”.
Bu sözləri Teleqraf-a Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib:
“Atam yemək yemir, ancaq su içir. Bir əli, bir ayağı işləmir”.
Qeyd edək ki, Ənvər Həsənov bir müddət əvvəl halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunmuşdu.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu və kəskin işemik insult diaqnozu təyin edilmişdi.