BAKI, 27 fevral. TELEQRAF

Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

"Atamın səhhəti pisdir, evdədir. Artıq bu dünyada qonaqdır. Son günlərini yaşayır. Yemək yeyə, hərəkət edə bilmir. Yalnız su içir. Huşu özündə deyil",- deyə Xalq artistinin qızı deyib.

Qeyd edək ki, Ənvər Həsənov bir müddət əvvəl halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunmuşdu. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu və kəskin işemik insult diaqnozu təyin edilmişdi.