BAKI, 19 fevral. TELEQRAF

Çinin "Ne Zha 2" animasiyası dünya üzrə ən çox gəlir gətirən 10 film siyahısına daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə "Kinobusiness" portalı kassa məlumatlarına istinadən məlumat yayıb.

Çin cizgi filmi yanvarın 29-da nümayiş etdirilib. İki həftə ərzində film 1,7 milyard dollardan çox gəlir əldə edərək, kassada 1,68 milyard dollar qazanan "Inside Out 2" filmini geridə qoyub.

Bununla da animasiya Çində ən çox gəlir gətirən film kimi tarixə düşüb.