Bu gün Berlin Film Festivalının Forum bölməsində azərbaycanlı rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” filminin dünya premyerası keçirilib.

Teleqraf xəbər verir ki, premyerada filmin yaradıcı heyəti, həmçinin filmdə rol alan əməkdar artist Rasim Cəfər də iştirak edib.

Filmin rejissoru, ssenari müəllifi Elmar İmanovdur.

Xatırladaq ki, Almaniyada yaşayan Elmar İmanov Azərbaycanda çəkdiyi "Tabutçunun yelləncəyi" filmi ilə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medal qazanıb. "Mövsümün sonu" isə nüfuzlu Rotterdam Film Festivalında mükafata layiq görülüb.