Xalq artisti Ramiz Novruz Akademik Milli Dram Teatrının hazırkı vəziyyətindən danışıb.
O, Teleqraf.com-a açıqlamasında "Azdrama"da vəziyyətin yaxşı olduğunu deyib: "Teatrda vəziyyətin pis olması haqqında yayılan xəbərlər bir az şişirdilmiş xəbərlərdir. Mən tamaşalarımla, rollarımla, filmə çəkilməklə məşğulam. Teatrın daxilində baş verənlərə qarışmıram. Bu cür danışanda da bəziləri düşünürlər ki, direktorun xoşuna gəlmək üçün elə danışıram. Mən həmişə öz işimlə məşğul olmuşam".
Rəqsanə