Aktrisa Xuraman Əlizadə öd kisəsindən əməliyyat keçirib.

O, Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşı olduğunu və axşam saatlarında xəstəxanadan evə buraxılacağını deyib: “Üç gündür ki, öd kisəsindən əməliyyat keçirmişəm. Hazırda, şükür Allaha, səhhətim yaxşıdır. Sağ olsunlar həkimlərim, bu ağır çəki ilə məni ayağa qaldırdılar. İcazə versələr, bu gün axşam xəstəxanadan çıxacam”.

Aktrisa nişanlanması haqqında da danışıb: “Həyatımda insan var, amma rəsmi nişanlanmamışam. Yaralarım sağaldıqdan sonra bu haqda qərar verəcəyik. Münasibətdə olduğum insan aktyor deyil, başqa sənət sahibidir”.

Rəqsanə