Azərbaycana “Eurovision” beynəlxalq musiqi yarışmasında qalibiyyət sevinci yaşadan Eldar Qasımov sosial şəbəkədə tənqid olunub.

Publika.az xəbər verir ki, tənqidlərə müğənninin yarıçılpaq fotosu səbəb olub. İzləyiciləri Eldarı həmin fotosuna görə kəskin tənqid edib.

Tənqiddən bezən müğənni maraqlı nəticə çıxarıb. Belə ki, o, şəkli deyil, tənqidi şərhləri silib.