BAKI, 2 may. TELEQRAF

Qazaxıstan hakimiyyəti Polşa ərazisində saxlanılan vətəndaşının azadlığa buraxıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin müşaviri – mətbuat katibi Aibek Smadiyarov öz “Telegram” kanalında məlumat verib.

“Bildiyiniz kimi, bu ilin 28 aprelində əvvəllər Polşa ərazisində saxlanılan Qazaxıstan vətəndaşı azad edilib. Azad olunma dövlət başçısı Kasım-Jomart Tokayevin şəxsi səyləri sayəsində mümkün olub”, – deyə Smadiyarov bildirib.

Azad edilən şəxsin kimliyi açıqlanmayıb.

Qeyd olunub ki, Prezident Tokayev bu məsələdə göstərilən dəstəyə görə Belarus və Rusiya liderləri Aleksandr Lukaşenko və Vladimir Putinə təşəkkürünü bildirib.