BAKI, 2 may. TELEQRAF
Moskva ilə Kiyev arasında tamhüquqlu sülh sazişi əldə olunmaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
“Ehtimal ki, ümumiyyətlə tamhüquqlu sülh sazişi olmayacaq. Daha çox de-fakto atəşkəs və ya hərbi əməliyyatların tədricən səngiməsini görəcəyik. Bu proses əsasən birbaşa ruslar və ukraynalılar arasında, hətta xarici vasitəçilik olmadan baş verəcək”, – deyə Volker bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çepa Ukrayna münaqişəsinin nizamlanması üzrə ABŞ-nin də iştirakı ilə üçtərəfli danışıqlar formatının bərpasının artıq yaz aylarında mümkün ola biləcəyini qeyd edib.