BAKI, 2 may. TELEQRAF
İranda İsraillə əlaqəli iki agent edam edilib.
Teleqraf xəBu barədə Fars agentliyi məlumat yayıb.
Yaqub Kərimpur və Nasir Bakerzadə İsrail və Mossad kəşfiyyat xidmətinə casusluq ittihamları ilə Ali Məhkəmənin qərarından sonra asılıblar.
İş materiallarına görə, Yaqub Kərimpur müharibə zamanı Mossadla fəal əməkdaşlıq edib və ölkə haqqında məxfi məlumatları İsrailin kəşfiyyat zabitinə ötürüb.
Bakerzadə isə "həssas" bölgələrə şübhəli səfərlər edib. Bu müddət ərzində onun hərəkətləri və şübhəli əlaqələri İran təhlükəsizlik qüvvələrinin diqqətini çəkib.
Həmçinin bildirilir ki, Nasir Bakerzadə Mossad zabitinin tapşırığı ilə mühüm dövlət, dini və regional şəxslər, eləcə də Nətənz ərazisi də daxil olmaqla strateji əhəmiyyətli ərazilər haqqında məlumat toplayaraq kəşfiyyat agentinə ötürüb.