BAKI, 2 may. TELEQRAF

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ni Rusiya ilə dialoqu davam etdirməyə inandırmaq cəhdlərindən əl çəkib. O Vaşinqtonun köməyi olmadan danışıqlar aparmaq üçün strategiya üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, Zelenski hazırda Türkiyəni Moskva ilə Kiyev arasında danışıqlard əsas platforma kimi görür.

Qəzət ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Amerika rəsmiləri artıq Ukrayna ilə bağlı danışıqlar mövzusunun Ağ Evdə sonuncu dəfə nə vaxt qaldırıldığını xatırlamırlar. Çünki ABŞ diqqətini İrana yönəldib.