BAKI, 2 may. TELEQRAF

ABŞ prezidenti Donald Tramp İranla müharibə ilə əlaqədar Almaniyadakı hərbi bazalardan 5000 əsgəri geri çəkmək qərarı verib.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" Pentaqona istinadən məlumat yayıb.

Bildirilir ki, təxminən 33.000 ABŞ əsgəri Almaniyada qalacaq.

NATO ölkələrinin İrana zərbə endirməkdə kömək etməməsindən dəfələrlə şikayətlənən Tramp aylardır ABŞ-nin qoşunlarını Avropadan çıxaracağı barədə xəbərdarlıq edir.

Pentaqon sözçüsü Şon Parnell bildirib ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Avropadakı ABŞ qüvvələrinin sayını nəzərdən keçirdikdən sonra qoşunların geri çəkilməsi əmrini verib:

"Müharibə üzrə dövlət katibi Almaniyadan təxminən 5000 əsgərin çıxarılması əmrini verib. Çıxarılmanın növbəti altı-on iki ay ərzində başa çatacağını gözləyirik".