Günay İbrahimli aktrisalıq fəaliyyətindən danışıb.
Müğənni Teleqraf.com-a bildirib ki, gələn həftə filmin çəkilişləri başlayacaq: “Tamaşaçılar məni bu dəfə müğənni kimi yox, aktrisa kimi görəcəklər. Aktrisa kimi fəaliyyətə başlamağım özümə də çox maraqlıdır. Ona görə bacardığım qədər rolumu gözəl oynamağa çalışacam. Yaxşı təklif olsa, sənətimlə yanaşı, aktrisa kimi də fəaliyyət göstərərəm. Əslində, mənə bir çox filmlərdən təklif var idi. Nələrsə xoşuma gəlmədiyinə görə razılıq vermirdim. Bu filmdə ssenari xoşuma gəldiyinə və obrazı xarakterimə yaxın bildiyimə görə razılıq verdim”.
Müğənni şəxsi həyatının gündəmə gəlməsindən də danışıb: “Son vaxtlar şəxsi həyatım haqqında çox danışıldı. Artıq şəxsi həyatımın özəl qalmasını istəyirəm. Lazım gələndə bu haqda məlumat verəcəm”.
Rəqsanə