Müğənni Səidə Sultan Space-də yayımlanan “Əsl şou” verlişində qarşılaşdığı xoşagəlməz hadisədən danışıb.

Qeyd edək ki, müğənni mahnı oxuyarkən geyiminin sinəsi açılıb.

Sənətçi verilişdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu, gözlənilməz hal olduğu üçün onu şişirtmək düzgün deyil: "Hamının anası-bacısı var və hər kəsin başına belə iş gələ bilər. Mən bunu bilərkdən etmədim. Paltarıma qoşulan mikrafon ağırlıq etdiyi üçün sinəm çölə çıxdı”.