BAKI, 22 may. TELEQRAF

Kamal Kılıçdaroğlu yenidən rəsmən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb.

Teleqraf xəbər verir ki, məhkəmənin müvafiq qərarı bu gün ona təqdim edilib.

“Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur, o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb”, - partiya sədrinin yeni mətbuat müşaviri Atakan Sönməz bildirib.

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb.

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrinin ləğvindən sonra Kamal Kılıçdaroğlu ilə yanaşı, onun komandasının üzvləri də yenidən vəzifələrində bərpa edilib.

Məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan qurultay partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən səsvermə mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.