BAKI, 22 may. TELEQRAF

Milli Hidrometeorologiya Xidmətinin mayın 22-si saat 18:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Teleqraf xəbər veriri ki, Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.

Saat 17:20-17:24 rədələrində Göyçay rayonuna diametri 3 mm olan dolu düşüb.