BAKI, 22 may. TELEQRAF

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır.

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verilib
Bildirilib ki, mayın 23-ü saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Müsabiqə üzrə vakansiya seçimi mayın 26-sı saat 11:00-dək davam edəcək. Müəllimlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur.