Məşhur türkiyəli müğənni Simge Sağın Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, Simge Sağın ilk dəfə ölkəmizdə konsert proqramı ilə çıxış edəcək. Konsert "VenüsProduction"nın təşkilatçılığı ilə fevralın 24-də Bakı Konqres Mərkəzində baş tutacaq.

Qeyd edək ki, Simge Sağın "Aşkın Olayım", "Yankı", "Üzülmedin mi?", "Öpücem", "Ben Bazen" kimi mahnıları ifa edir.