BAKI, 14 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.