Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Türkiyədə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu haqda əməkdar incəsənət xadimi Ramiz Mirzəyev "Facebook" hesabında məlumat verib: "İstanbuldan xoş olmayan xəbər gəldi. Bəstəkarın həyat yoldaşı Ülkər xanım bildirdi ki, İstanbulda işgüzar səfərdə olan Cavanşir Quliyev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".