Türkiyəli aktrisa Demet Özdemirlə səkkiz aylıq evliliyinə son qoyan aktyor Oğuzhan Koç studiyaya girərkən görüntülənib.

Teleqraf.com xəbər verir ki, Oğuzhan Koç keçmiş həyat yoldaşından ayrılıq səbəbini soruşan media nümayəndələrinə əsəbləşib:

"Mənə sual verməyin, sizə bu sualları verdirən kimdir?"

Qeyd edək ki, cütlük may ayında rəsmi olaraq boşanıblar.