"O mənim bütün psixologiyamı korlayıb, mənə mənəvi əziyyət edib. Ailə dağıtmırdım, bunu o, istədi, o həddə çatdırdı. Gəl, əl-ələ verək işləyək, bu insan ona da razı deyildi. Məcburam belə insana dözməyə? Kim məni qınayır, başına gəlsin!”

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Mina Hüseynova həyat yoldaşından boşandığına görə ünvanına deyilən sözlərə cavab olaraq deyib.

O qeyd edib ki, həyat yoldaşından onu aldatdığına və yalanlar söylədiyinə görə ayrılıb.

“Pula görə bilmirəm kim nə hoqqadan çıxır. Mən ailə qurmuşam, hoqqa etməmişəm. Və pul görə də yox. Dəfələrlə yalanlarına göz yummuşam, ailəm dağılmasın deyə. Axırıncı dəfə başqa planlarla gəlirdi deyə, ayrılmağa məcbur buraxdı. Çox söhbətlər var, açıqlamıram".