Müğənni Mina Hüseyn "MTV maqazin" verilişində həyat yoldaşı, iş adamı Sərxan Həsənovdan boşandığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, ifaçı həyat yoldaşından ayrılmasının səbəblərini açıqlayıb: "Yola gedə bilmirdik, xasiyyətimiz uyğun gəlmirdi. Məni evə bağlayırdı, telefonumu götürüb evdən çıxırdı. Qapını üzümə kilidləyib gedirdi. Deyirdi ki, evdən bayıra çıxmayacaqsan.

Evliliyimiz altı ay davam etdi, ailəmin dağılmasını istəmirdim, çünki ailəyə müqəddəs dəyər kimi yanaşırdım. Ana olmaq istəyirdim, amma başıma belə hadisələr gəldi.

Rəsmi nikahın ilk günü mənə dedi ki, İnstaqram səhifən bağlanacaq və bu sənətdən uzaqlaşacaqsan. Hər bir qadın istəyir ki, həyat yoldaşının evi, avtomobili, işi olsun. Mənə sevgisini bildirəndə dedi ki, üç evim var. Sənin heç nəyə ehtiyyacın olmayacaq, amma sənəti atacaqsan. Mən də onunla razılaşdım.

Məni aldatdı, üç ay kirayədə yaşadıq. Var-dövlət hayında deyildim, sadəcə ailə qurmaq istəyirdim. Amma bu insan məni aldatdı və sonda dedi ki, sənə hər şeyi yalan demişəm. Nə evim, nə də sənə bacaxaq pulum var. Hətta deyirdi ki, vətəndaşlıqdan çıx, gedək Fransada yaşayaq. Orada taksi sürücüsü işləyim. Gördüm ki, oyunun içinə düşmüşəm.

Biz oktyabrın 9-da boşanmışıq. Ondan ayrılmışam, boşanmaq üçün mən ilk öncə müraciət etmişəm, özümə iki vəkil tutmuşam. Evləndiyimiz vaxt üzə çıxmayan insan indi də çıxıb ərizə paylaşıb ki, ilk olaraq məhkəməyə mən müraciət etmişəm".