Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana danışıb.
Teleqraf.com-un xəbərinə görə, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkədə məlumat verib:
"Bir-iki günə yola çıxmağı düşünürük. Tanınmış bəstəkar, dramaturq, publisist və şairə, Azərbaycanın əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar onun birgə yaşadığı Honq-Konqdakı qızı Canana xanımla əlaqə saxladıq. Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazımi köməyi göstərməyə hazır olduğumuzu bildirdik.
Mərhumun qızı bildirdi ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürük. Canana xanım Diaspor Komitəsinə minnətdarlıq etdi və heç bir köməyə ehtiyac olmadığını dedi".