Türkiyədə xəstəxanaların birinə yerləşdirilən müğənni Nərmin Kərimbəyovanın səhhətindəki son vəziyyət haqda məlumat verilib.
Ailəyə yaxın mənbədən Teleqraf.com-a daxil olan məlumata görə, qaraciyərinin bir hissəsi qardaşı Kamran Kərimbəyova verən ifaçının səhhəti yaxşılaşıb: "Hazırda Nərmin Kərimbəyovanın səhhəti yaxşıdır. Xəstəxanada palatadadır. Bir müddət əvvəl qanı aşağı düşmüşdü, bu problem həll edildi. O, tezliklə Bakıya gəlməlidir".
Qeyd edək ki, ifaçının qardaşı Kamran Kərimbəyov “Hepatit B” xəstəliyindən əziyyət çəkir.