Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşı aktrisa Aysel İbrahimovanın "Biz evlənəndə bir neçə ay yeməyi Hüseyn hazırladı" fikri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, şəbəkə izləyiciləri klarnet ifaçısının həyat yoldaşının ünvanına təhqiredici şərhlər yazıblar. Onlar "Birinci xanıma acıq verir, nə etsən də ikincisən. Başqasını yandıran özü yanar. Yalan danışmaq lazım deyil", "Utanmırlar....", "Boş yerə demirlər ki, ikinci arvadın kürəyinə peyğəmbər əli çəkilir" və sair tipli şərhlər ünvanlayıblar.

Bundan əsəbiləşən klarnet ifaçısı şərh yazanlara belə cavab verib: "Yaxşı söz yazanlardan Allah razı olsun, Pis yazan əxlaqsızlar, sakit durun".

Qeyd edək ki, Hüseyn Məmmədoğlu ikinci dəfə Aysel İbrahimova ilə evlənib. Onun ikinci nikahından Məhəmməd adlı oğlu, ilk evliliyindən isə iki qızı var.