Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Şuşaya gəlib.

Teleqraf.com xəbər verir ki, o, Şuşada çəkdirdiyi fotoları İnstaqram hesabında paylaşım edib.

"Azadlığın ətrini hiss et", - paylaşımında qeyd edib.

Nəsrin Cavadzadənin qohumu, “Yüz ilin sirləri” layihəsinin rəhbəri Hüseyn Cavadzadə də onunla Şuşaya gedib.