Dünya ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadə ailə qurmasının bir ilini qeyd edir.

Teleqraf com xəbər verir ki, Suada Hacıyeva həyat yoldaşı ilə İnstaqramda hekayə bölümündə Parisdə “Eyfel” gülləsinin qarşısında çəkilən fotosunu paylaşıb.

"Sən mənim həyatımın sevgisisən. Biz bir-birimiz üçün yaradılmışıq, səni sonsuza qədər sevirəm. Həyatımın sevgisi ilə evli olmağımdan artıq 1 il keçdiyinə inana bilmirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, Suada Hacıyeva Kristoferlə ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına əyləşib.