Qaraciyərinin bir hissəsi qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Türkiyədə xəstəxanaların birində reanimasiyadan palataya köçürülən ifaçı İnstaqramda xəstəxanadan fotosunu paylaşaraq bu sözləri qeyd edib: “Mənə görə narahat olanlar, yazanlar, zəng edənlər, dua edənlər...Bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın. Artıq palatadayam. Hələ ki, qan azlığı və ağrılarla mübarizə aparıram. Allah kərimdir. Görüşmək ümidi ilə…”

Qeyd edək ki, Nərmin Kərimbəyovanın qardaşı “Hepatit B” xəstəliyindən əziyyət çəkir.