Keçmiş baş nazir Novruz Məmmədov nəvəsinin kiçik toy məclisində iştirak edib.
Teleqraf.com xəbər verir ki, Novruz Məmmədovun nəvəsi Qasımla rəqs etməsi diqqət çəkib.
Mərasimdə xalq artisti Eyyub Yaqubov, əməkdar artistlər Elza Seyidcahan, Babək Neftəliyev, aparıcı Hacı Nuran, şairə Nazilə Səfərli, müğənnilər Roza Zərgərli, Zamiq Hüseynov da iştirak ediblər.
Qeyd edək ki, Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla evlidir.