Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı Rza Toni ilə tanış olmasından danışıb.

Teleqraf.com xəbər verir ki, Nüşabə Ələsgərli “Həmin Zaur” verilişində bu sözləri deyib:

“Qayınatam rəhmətə gedib, qayınanam sağdır. Ailədə dörd qardaş, iki bacıdırlar. Rza ilə ortaq dostumuz var idi. O, bizi tanış etdi. Mənim də gözəllik salonum vardı. Rza Kanadaya gedirdi. Onunla tanış olanda Kanadaya getməsinə bir ayı qalmışdı. Oraya getdi və qayıtdı. Bildirdi ki, məni sevir. Sevib gəldi”.